Daha bir futbolçu millidəki karyerasını bitirdi
04.08.2018 , 17:41

Dortmund “Borussiya”sının müdafiəçisi Lukaş Pizşek milli karyerasını başa vurub.
Bu barədə 33 yaşlı futbolçu şəxsi “İnstagram” hesabında məlumat verib. O bildirib ki, bundan sonra Polşa millisinin formasını geyinməyəcək:
“Polşa yığmasındakı macəralarım başa çatdı. 11 il ərzində öz ölkəmi milli komandada təmsil etdim. Həmin dövrü hər zaman xüsusi hisslərlə xatırlayacağam”.
Qeyd edək ki, millidə 65 oyun keçirən Pizşek 3 qola imza atıb. DÇ-2018-in qrup mərhələsinin Yaponiya ilə matçı onun yığmada sonuncu oyunu olub.
