Daha bir futbolçu koronavirusa yoluxdu
19.11.2020 , 19:36

“Atletiko”nun futbolçusu Lukas Torreyra koronavirusa yoluxub.
Korner.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Futbolçudan götürülən koronavirus testinin nəticəsi müsbət olub. Onun karantinə alındığl qeyd olunub.
Torreyra “Atletiko”nun “Barselona”ya qarşı keçirəcəyi oyunu buraxacaq.
