Daha bir futbolçu koronavirusa qalib gəldi
15.04.2020 , 19:48

“Valensiya”nın futbolçusu Esekiel Qaray koronavirusa qalib gəlib.
Korner.az xəbər verir ki, bu barədə 33 yaşlı müdafiəçi sosial şəbəkə hesabından məlumat yayıb.
Futbolçu tamamilə sağaldığını bildirib.
Xatırladaq ki, Qarayın martın 15-də koronavirus testi müsbət çıxmışdı.
