Daha bir futbolçu “Beşiktaş”dan ayrıldı
07.01.2026 , 15:45
“Beşiktaş”ın müdafiəçisi Qabriel Paulista komandadan ayrılıb.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə bildirilir ki, 35 yaşlı braziliyalı futbolçu karyerasını ölkəsində davam etdirmək variantını nəzərdən keçirir.
Paulista 2024-cü ildən İstanbul klubunun formasını geyinirdi və bu müddət ərzində Türkiyə kubokunu qazanmışdı.