“Çelsi” və “Yuventus”un sabiq hucumçusu Adrian Mutu karyerasını bitirib.
Korner.az-ın məlumatına görə, bunu “Digi Sport Special” teleproqramının prodüseri Vali Moraru deyib.
“Mutu dedi ki, daha futbol haqda danışmaq istəmir. Çünki o, artıq futbolçu karyerasını başa vurub”, – deyə Moraru bildirib.
Qeyd edək ki, bir müddət əvvəl 36 yaşlı rumın futbolçunun “Fiorentina”da tibbi baxışdan keçəcəyi iddia olunurdu. Mutunun sonuncu klubu “Petrolul” olub.