Futbol

Daha bir erməni futbolçu Balayevin komandasında

14.01.2020 , 14:12

Azərbaycan millisinin qapıçısı Emil Balayevin çıxış etdiyi “Tobol” yeni transferini açıqlayıb.

Qazaxıstan təmsilçisi son klubu “Ararat-Ermənistan” olan Petros Avetisyanı transfer edib.

24 yaşlı yarımmüdafiəçi ötən ildən Ermənistan millisinə dəvət alır.

“Tobol”un baş məşqçisi erməni əsilli Qriqori Babayandır. Emil Balayevin Kostanay təmsilçisindən ayrılacağı iddiaları var.

Son yazılar

Yuxarı