Daha bir cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır
21.05.2024 , 11:10

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzə dünya çempionatı davam edir.
Korner.az xəbər verir ki, bu gün Azərbaycanın daha bir cüdoçusu yarışda mübarizəyə başlayacaq.
Zelim Tçkayev (81 kq) ilk mərhələdə İtaliya təmsilçisi Antonio Espozito ilə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur. Ötən gün Hidayət Heydərov (73 kq) dünya çempionu olub.
