İtaliyanın “Udineze” klubunun 38 yaşlı canlı əfsanəsi futbolu tərk edir.
Korner.az-ıın məlumatına görə, Antonio Di Natali yanvar ayında futbolu buraxmağı qərarlaşdırıb.
İtalyan forvard “Udineze”nin 20 dekabr tarixində “Torino” klubu ilə oynanacaq matçından sonra futbol dünyasına əlvida deyəcək.
2004-cü ildən “Udineze”nin uğurları üçün tər tökən təcrübəli futbolçu Seria A karyerasında 208 qol vurub. Millinin heyətində isə çıxdığı 42 oyunda rəqib qapısından 11 top keçirməyi bacarıb.
