Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə cüdo üzrə “Böyük Dəbilqə” turniri keçirilir
90+ çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev ilk mərhələdən azad olub. O, yarışa iranlı Vahid Nuri ilə döyüşlə start verib. Qələbə qazanan idmançımız növbəti mərhələdə ispaniyalı Nikoloz Şerazadişviliyə məğlub olub. İdmançımız təsəlli döyüşündə serbiyalı Aleksandr Kukolja qalib gəlib. Məmmədəli bununla da bürünc uğrunda qarşılaşmada qüvvısini sınamaq imkanı qazanıb. Onun rəqibi isə rusiyalı Aleksandr Roslyakov olub. Cüdoçumuz bu qarşılaşmadan da qalib ayrılıb.
