Azərbaycan boksçusu Rüfət Hüseynov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Korner.az-ın məlumatına görə, Bakıda təşkil olunan boks üzrə Dünya Olimpiya Təsnifat Turnirində bu gün yarımfinal döyüşləri keçirilib.
Meksikalı Yoselito Velasqueslə qarşılaşan R.Hüseynov 2:1 hesablı qələbə qazanaraq finala çıxıb və Rio lisenziyasını qazanıb.
