Daha bir boksçumuz məğlub oldu
29.07.2024 , 23:25

Bu gün boks yarışlarında Azərbaycanın daha bir boksçusu mübarizəyə başlayıb.
Korner.az xəbər verir ki, Azərbaycan boksçusu – 63,5 kq. çəki dərəcəsində yarışan Malik Həsənov Laşa Quruli (Gürcüstan) ilə qarşılaşıb. Təmsilçimiz 0:5 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Bu gün Olimpiadanın açılış mərasimində Azərabycanın bayraqdarı olan M.Abdullayev 1/8 finalda Nelvi Tiafaka (Almaniya) uduzaraq turnirlə vidalaşmışdı.
