Daha bir azərbaycanlı hakimə UEFA-dan təyinat
01.11.2022 , 14:16

FIFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb.
Korner.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının qrup mərhələsinin VI turu çərçivəsində noyabrın 3-də keçiriləcək “Hapoel Beer-Sheva” (İsrail) – “Avstriya” (Vyana, Avstriya) qarşılaşmasının baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim Fərid Hacıyev olacaq.
Bundan əvvəl Əliyar Ağayev Çempionlar Liqasının qrup mərhələsinin VI turunun “Kopenhagen” (Danimarka) – “Borussiya” (Dortmund, Almaniya) matçına təyinat alıb.
