Daha 7 kənd işğaldan azad olundu
03.10.2020 , 23:10

Azərbaycan Ordusu daha 7 kəndi erməni işğalından azad edib.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün tvitter hesabında bildirib.
Prezidentin paylaşımında deyilir:
“Bu gün Azərbaycan ordusu Tərtər rayon Talış kəndini, Cəbrayıl rayon Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndini azad etmişdir”.
