Cüdo

Cüdoçumuzdan daha bir medal

19.02.2022 , 21:48

Azərbaycan cüdoçusu Zelim Kotsoyev İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə bürünc medal qazanıb.

Korner.az xəbər verir ki, 100 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Gürcüstan təmsilçisi Onise Saneblidzeyə qızıl xal bölümündə qalib gəlib.

Zelim Kotsoyev 1/8 finalda Xanqal Adbatarı (Monqolustan), 1/4 finalda Qasımovu məğlub etmişdi. O, yarımfinalda İlya Sulamanidzenin (Gürcüstan) müqavimətini qıra bilməmişdi.

Xatırladaq ki, bu gün Məmmədəli Mehdiyev (90 kq) qızıl medal qazanıb.

Son yazılar

Yuxarı