İngiltərənin "Mançester Yunayted" qapıçısı Anders Lindeqaard ilə bitməkdə olan müqaviləni yeniləyib. Korner.az-ın məlumatına görə, 28 yaşlı qolkiper bundan sonra daha 4 il "qırmızı şeytanlar" üçün tər tökməli olacaq.
2010-cu ildən "Mançester Yunayted"də forma geyən Lindeqaard 8 oyunda komandasının qapısını qoruyub.