Daha 4 idman qurumu fəaliyyətini dayandırdı
29.11.2024 , 13:30
Naxçıvanda daha 4 idman federasiyasının fəaliyyətinə xitam verilib.
Korner.az xəbər verir ki, söhbət Atletika Federasiyası, Atıcılıq Federasiyası, Paralimpiya Federasiyası, Hava və Ekstremal İdman Növləri Federasiyasından gedir.
Xatırladaq ki, bundan öncə Naxçıvan Muxtar Respublikasında Şahmat Federasiyası da öz fəaliyyətini dayandırmışdı.