“Neftçi” klubunun yetirməsi olan Eşqin Quliyevlə müqavilə müddətini artırıb.
Korner.az-ın məlumatına görə, futbolçu daha üç il "Neftçi"nin şərəfini qoruyacaq.
Quliyev bununla bağlı fikirlərini klubun rəsmi saytına danışıb:
“Neftçi” kimi bir klubun futbolçusu olmaq qürurverici hissdir. Çalışacam ki, məşqçilərin etimadını doğruldum və əsas heyətdəki yerimi bərpa edim. İnanıram ki, “Neftçi” ardıcıl 3-cü dəfə ölkə çempionluğunu bayram edəcək və bunda mən də pay sahibi olacağam”.
