Daha 3 idmançımız mübarizəyə qoşulur
28.07.2024 , 11:26

Bu gün Azərbaycanın daha üç idmançısı Paris-2024-də mübarizəyə başlayacaq.
Korner.az xəbər verir ki, yarışda əvvəlcə cüdoçularımız qüvvələrini sınayacaqlar.
1/16 finalda Yaşar Nəcəfov (66 kq) Straxinya Bunçiçlə (Serbiya), Gültac Məmmədəliyeva (52 kq) isə Anjelika Delqado (ABŞ) ilə üz-üzə gələcək.
Cüdo yarışları Bakı vaxtı ilə saat 12:00-da start götürəcək.
Boksçularımızdan dünya çempionu Alfonso Dominges (92 kq) mübarizəyə 1/8 finaldan qoşulacaq. Onun rəqibi ikiqat Olimpiya, beşqat dünya çempionu olan Xulio Sesar la Krusdur (Kuba). Bu döyüşün Bakı vaxtı ilə saat 18:18-də başlaması nəzərdə tutulub.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
