Daha 3 cüdoçumuz mübarizəyə başlayır
04.11.2023 , 12:49

Fransanın Monpelye şəhərində cüdo üzrə Avropa çempionatı keçirilir.
Korner.az xəbər verir ki, bu gün Azərbaycanın daha üç cüdoçusu yarışda mübarizəyə başlayacaq.
Hidayət Heydərov (73 kq) 1/16 finalda Abdul Malik Umayevlə (Belçika), Rəşid Məmmədəliyev (73 kq) 1/32 finalda Turpal Coukayevlə (Finlandiya) üz-üzə gələcək.
Zelim Tçkayev (81 kq) isə 1/32 finalda Oskari Makinenlə (Finlandiya) qarşılaşacaq.
