Daha 2 il “Neftçi”də!
05.06.2023 , 15:18

“Neftçi” qapıçısı İvan Brkiçlə müqavilənin müddətini artırıb.
Korner.az xəbər verir ki, 27 yaşlı xorvatiyalı futbolçu ilə 2 illik anlaşma imzalanıb.
Qeyd edək ki, 2022-ci ilin yanvarından “Neftçi”də çıxış edən Brkiç bu müddətdə 37-si çempionat, 9-u kubok, 4-ü avrokubok olmaqla 50 rəsmi matçda qapını qoruyub.
