Daha 2 azərbaycanlı futbolçu Tailand klubunda
04.02.2020 , 19:04

Azərbaycanlı futbolçular Anar Babayev və Kamil Hüseynov karyerasını Tailandda davam etdirəcək.
Korner.az xəbər verir ki, futbolçular aşağı liqada mübarizə aparan “Muanqnont Bankunmae” klubuna transfer olunub.
Onlarla bir illik sözləşmə imzalanıb. Anar Babayev daha əvvəl də Tailand klubunda çıxış edib. O, “Sinqburi Banqrajun”un şərəfini qoruyub.
Xatırladaq ki, bir müddət əvvəl Məmməd Quliyev Tailandın “Kamhenqphet” klubuna keçmişdi.
