Daha 1 il PSV-də
09.03.2023 , 17:47

“Qalatasaray” bu qış PSV-yə icarəyə verdiyi Patrik van Anholtun daha bir mövsüm Niderland klubunda qalacağını açıqlayıb.
Korner.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
32 yaşlı müdafiəçi 2023/24 mövsümünün sonuna kimi icarədə oynayacaq.
Qeyd edək ki, Van Anholt 2021-ci ildən oynadığı “Qalatasaray”da 62 oyun keçirib və 3 qol vurub. O, əvvəllər “Kristal Pelas”, “Sanderlend”, “Vitess”, “Uiqan”, “Lester Siti”, “Nyukasl”, “Koventri Siti” və “Çelsi”də də oynayıb. Patrik Niderland yığmasında 19 matça çıxıb.
