"Çelsi"nin baş məşqçi Roberto Di Matteo postunda qala bilər.
Korner.az-ın məlumatına görə, qazandırdığı ÇL- kubokundan sonra klub prezidenti Roman Abramoviçin hörmətini qazanan çalışdırıcı Di Matteo ilə müqavilə daha 1 il uzana bilər. Azarkeşlərin və futbolçuların Roberto Di Matteonu dəstəkləməsi, baş məşqçinin qalma ehtimallarını artırır.
Qeyd edək ki, komandanın prezidenti Roman Abramoviçin əslində istədiyi baş məşqçi "Barselona"dan ayrılan Pep Qvardiola idi.
