Dadaşovun komandasından qollu heç-heçə
07.06.2021 , 16:46

ABŞ birinci liqasında VII turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Feniks Rayzinq” doğma meydanda “San Dieqo Loyal” ilə qollu heç-heçəyə razılaşıb – 2:2.
Dadaşov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan hücumçu 61-ci dəqiqədə əvəzlənib.
Cari mövsümdə keçridiyi 6 oyunda 13 xal toplayan “Feniks Rayzinq” hazırda birinci pillədə qərarlaşıb.
