Dadaşovun komandasından qələbə
10.05.2021 , 13:22

ABŞ I Liqasında II turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Feniks Rayzinq” doğma meydanda “Oakland Roots”a 3:0 hesabı ilə qalib gəlib.
Dadaşov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan hücumçu sonadək mübarizə aparıb.
İki oyuna 6 xal toplayan “Feniks Rayzinq” hazırda 1-ci pillədə qərarlaşıb.
