Dadaşovun komandasından qələbə
19.01.2023 , 12:23

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshoppers” yoxlama oyunu keçirib.
Korner.az xəbər verir ki, komanda “Şafhauzen”lə üz-üzə gəlib. Matç “Qrasshoppers”in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Dadaşov ikinci hissədə meydana çıxıb və sona qədər oynayıb.
