Futbol

Dadaşovun komandasından qələbə

15.09.2021 , 19:08

Almaniyanın Qərb Regional Liqasında VII turun oyunları keçirilib.

Korner.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke”nin ikinci komandası doğma meydanda “Ahlen”ə qalib gəlib – 5:3.

Rüfət bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Şalke-2” bu nəticədən sonra 10 xalla 20 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.

Son yazılar

Yuxarı