Futbol

Dadaşovun komandasından məğlubiyyət

20.09.2020 , 15:30

Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Feniks Rayzinq” klubu ABŞ-ın I Liqasında növbəti oyununu keçirib.

Korner.az xəbər verir ki, Dadaşovun komandası “San Dieqo Loyal”la qarşılaşıb. Görüş “Feniks Rayzinq”in 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Rüfət də bu matçın iştirakçısı olub. Start heyətində meydana çıxan Dadaşov sona qədər mübarizə aparıb və fərqlənməyi bacarmayıb.

Rüfət Dadaşov 10 qolla bombardirlər siyahısında 2-ci sıradadı. 26 xal toplayan “Finiks Rayzinq” isə B qrupunun birincisidi.

Son yazılar

Yuxarı