Dadaşovun komandasından heç-heçə
30.10.2022 , 13:51

Almaniyanın Qərb Regional Liqasında 14-cü turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası bu turda doğma meydanda “Videnbruk”la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.
Rüfət də bu görüşdə iştirak edib. O, 55-ci dəqiqədə meydana daxil olub.
“Şalke”nin ikinci komandası hazırda 21 xalla 18 komanda arasında arasında 6-cı pillədə qərarlaşıb.
