Dadaşovun komandasından heç-heçə
08.03.2022 , 13:12

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Tondela” Portuqaliya çempionatında 25-ci tur oyununa çıxıb.
Korner.az xəbər verir ki, komanda “Belenenseş”i qəbul edib. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.
Dadaşov meydana 64-cü dəqiqədə daxil olub və sona qədər oynayıb.
“Tondela” Portuqaliya çempionatında 16-cı sıradadır.
