Dadaşovun komandasından darmadağın
21.08.2023 , 10:51

Millimizin futbolçusu Renat Dadaşovun komandası “Qrasshopper” İsveçrə kubokunda 1/32 final mərhələsi matçına çıxıb.
Korner.az-ın məlumatına görə, səfərdə “Şaffhauzen”lə qarşılaşan Dadaşovun komandası 4:0 hesablı qələbə qazanmaqla növbəti mərhələyə yüksəlib.
Futbolçumuz da bu görüşün iştirakçısı olub. O, 70-ci dəqiqədə meydana buraxılıb.
