Dadaşovun komandasından əzmkar qələbə – Video
04.01.2022 , 10:44

Millimizin hücumçu Renat Dadaşov Portuqaliyanın “Tondela” komandasında növbəti matçına çıxıb.
O, Portuqaliya çempionatının 13-cü turundan təxirə salınmış “Moreyrense” ilə görüşün iştirakçısı olub.
Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda qarşılaşıb və əzmkar qələbə qazanıb – 2:1. Renat bu matçın 84-cü dəqiqəsində meydana buraxılıb.
“Tondela” 16 turdan sonra 15 xalla 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.
