Dadaşovun komandası yarımfinalda
18.10.2020 , 14:47

ABŞ-ın USL çempionatında pley-off mərhələsinin 1/4 final oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun çıxı şetdiyi “Feniks Rayzinq” səfərdə “Reno” ilə qarşılaşıb.
Əsas vaxtı 2:2 hesabıyla bitən görüşün qalibi penaltilər seriyasında müəyyənləşib. Burda daha dəqiq olaj “Feniks Rayzinq” yarımfinala yüksəlib – 5:4.
Dadaşov meydana start heyətdə çıxıb və sona qədər mübarizə aparıb. O, 5-ci penaltini dəqiq yerinə yetirib.
“Feniks Rayzinq” pley-off mərhələsinin yarımfinalında “El Paso” ilə qarşılaşacaq.
