Dadaşovun komandası xal itirdi
19.10.2019 , 19:30

Almaniya III Bundesliqasında XII turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, millimizin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” “Qrossaşbax”la qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.
Dadaşov start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb. Futbolçu 60-cı dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
