Dadaşovun komandası xal itirdi
26.10.2019 , 16:28
Portuqaliya Premyer Liqasında VIII turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üvzü Renat Dadaşovun formasını geyindiyi “Pasuş de Ferreyra” doğma meydanda “Rio Ave” ilə heç-heçə edib – 0:0.
Renat bu görüşün iştirakçısı olmayıb. O, qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Futbolçumuzun komandası hazırda 5 xalla 18 kollektiv arasında 17-cidi.