Dadaşovun komandası səfərdə məğlub oldu
03.12.2019 , 20:00
Portuqaliya çempionatında XII turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun formasını geyindiyi “Pasuş de Ferreyra” səfərdə “Portu”ya uduzub – 0:2.
Renat bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
Futbolçumuzun komandası hazırda 8 xalla 17-ci yerdə qərarlaşıb.