Dadaşovun komandası səfərdə məğlub oldu – VİDEO
13.01.2025 , 10:45

Türkiyə birinci liqasında 19-cu turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşov və Həsən Nəzərlinin çıxış etdiyi “Ankaragücü” səfərdə “Amedspor”a məğlub olub – 0:1.
Dadaşov da bu görüşdə iştirak edib. O, matçın 72-ci dəqiqəsində meydana daxil olsa da, Nəzərli ehtiyatda qalıb.
Hazırda “Ankaragücü” 27 xalla 8-ci pillədə qərarlaşıb.
