Dadaşovun komandası məğlub oldu
30.04.2022 , 16:25

Almaniya Qərb Regional Liqasında 36-cı turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası doğma meydanda “Oberhauzen”lə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.
Rüfət bu matçın iştirakçısı olmayıb. Onun adı görüşün iştirak ərizəsinə də daxil edilməyib.
Qeyd edək ki, “Şalke 2” hazırda 41 xalla 20 komanda arasında 12-ci pillədə qərarlaşıb.
