Dadaşovun klubunda yeni baş məşqçi
03.05.2024 , 20:41

“Hatayspor”un yeni baş məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, Türkiyə təmsilçisini bundan sonra Özhan Pulat çalışdıracaq.
O, bu vəzifədə Volkan Demireli əvəzləyib.
Pulat 2023-24 mövsümünün sonunadək komandanın sükanı arxasında olacaq.
Qeyd edək ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun da bu klubda forma geyinir.
