Dadaşovun çıxış etdiyi çempionatda fasilə uzadıldı
19.03.2020 , 18:30

Koronavirus pandemiyası səbəbiylə dayandırılan ABŞ-ın 2-ci liqasında fasilə müddəti artırılıb.
Korner.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat verib.
Məlumatda, martın 13-dən başladılan fasilənin mayın 10-dək davam edəcəyi bildirilib.
Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun formasını geyindiyi “Feniks Rizinq” klubu da ABŞ-ın 2-ci liqasında mübarizə aparır.
