Dadaşovu sabiq “Neftçi”li əvəz edəcək
30.01.2020 , 20:56

Azərbaycan millisinin üzvü Renat Dadaşovu “Vulverhempton”a qaytaran Portuqaliyanın “Pasuş de Ferreyra” klubu yeni hücumçu alıb.
Korner.az xəbər verir ki, Yüksək liqa klubu Braziliyanın “Atletiko Mineyro” klubunun forvardı Denilsonu 18 aylıq icarəyə götürüb.
Xatırladaq ki, Denilson 2016-cı ildə “Neftçi”də icarə əsasında çıxış etmişdi. O, “ağ-qaralar”da 9 oyuna 1 qol vurmuşdu.
