Dadaşovlu “Hatayspor” “Qalatasaray” məğlub oldu
03.04.2024 , 09:41

Türkiyə Super Liqasında 31-ci turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Hatayspor” səfərdə “Qalatasaray”a 0:1 hesabı ilə məğlub olub.
Renat da bu görüşdə iştirak edib. O, 77-ci dəqiqədə meydana daxil olub.
“Hatayspor” turnir cədvəlində 33 xalla 15-ci pillədə qərarlaşıb.
