Dadaşovdan qol ötürməsi
07.08.2022 , 11:18

İsveçrə çempionatında IV turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Senkt Qallen”lə qarşılaşıb. Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsiylə başa çatıb.
Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 89-cu dəqiqədə əvəzlənib. Millimizin hücumçusu komandasının 45+2-ci dəqiqədə vurduğu ikinci qol zamanı məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.
“Qrasshopper” hazırda 7 xalla 10 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.
