Dünya Futbolu

Dadaşovdan qələbə qolu

20.10.2019 , 13:32

Portuqaliya kubokunda III təsnifat mərhələsinin görüşləri keçirilib.

Korner.az xəbər ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun formasını geyindiyi “Paşus de Ferreyra” səfərdə aşağı liqa təmsilçisi “Louletano” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası əsas hissəsi 1:1 hesabıyla bitən bu görüşün əlavə vaxtında daha bir qol vurmaqla qalib gəlib və növbəti mərhələyə yüksəlib.

Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Komandasının qələbə qolunu da 110-cu dəqiqədə millimizin forvardı vurub. Dadaşov 115-ci dəqiqədə sarı vərəqə də alıb.

Son yazılar

Yuxarı