Dadaşovdan növbəti qol
10.12.2019 , 10:14

Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” Almaniya III Bundesliqasında növbəti matçını keçirib.
Korner.az-ın məlumatına görə, komanda səfərdə “Meppen”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.
Oyuna ikinci hissədə qoşulan Dadaşov komandasınln yeganə qolunu vurub.
Qeyd edək ki, Münster klubu 18 turdan sonra 13 xalla 20 kollektiv arasında 19-cu pillədə qərarlaşıb.
