Futbol

Dadaşovdan növbəti qol

27.11.2021 , 12:23

Almaniyanın Qərb Regional Liqasında 18-ci turun oyunları keçirilib.

Korner.az xəbər verir ki, Rüfət Dadaşovun çıxış etdiyi “Şalke”nin ikinci komandası evdə “Uerdingen”lə qarşılaşıb və qalib gəlib – 4:1.

Rüfət start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının sonuncu qolunu da Dadaşov vurub. Azərbaycanlı futbolçu 79-cu dəqiqədə fərqlənib.

“Şalke 2”  hazırda 19 xalla 20 komanda arasında 14-cü pillədə qərarlaşıb.

Son yazılar

Yuxarı