Futbol

Dadaşovdan növbəti qol

06.09.2021 , 13:23

Almaniyanın Qərb Regional Liqasında V turun oyunları keçirilib.

Korner.az xəbər verir ki, Azərbaycan millisinin keçmiş hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Şalke”nin ikinci komandası evdə “Vegberq Beek” ilə qarşılaşıb və qalib gəlib – 2:0.

Rüfət start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının ikinci qolunu 68-ci dəqiqədə məhz Dadaşov vurub.

“Şalke-2” 7 xalla 20 komanda arasında 11-ci pillədə qərarlaşıb.

Son yazılar

Yuxarı