Dadaşovdan növbəti qol
14.12.2019 , 12:20

Almaniya III Bundesliqasında XIX tura start verilib.
Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” doğma meydanda “Maqdeburq”la üz-üzə gəlib və 2:0 hesablı qələbə qazanıb.
Rüfət start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb. Komandasının ilk qolunu Dadaşov vurub. 36-cı dəqiqədə fərqlənən Rüfət cari mövsümdə vurduğu qolların sayını 5-ə çatdırıb.
