Dadaşovdan dubl
12.09.2020 , 16:35

ABŞ USL çempionatında XII turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun formasını geyindiyi “Feniks Rayzinq” evdə “Las Veqas-Layts”ı qəbul edib və 5:1 hesablı qələbə qazanıb.
Rüfət bu matça start heyətdə başlayb və dubl edib. 27-ci dəqiqədə hesabı açan 29 yaşlı hücumçu 44-cü dəqiqədə özünün və komandasının 2-ci qolunu vuraraq fərqi artırıb. Dadaşov bununla da mövsüm ərzində vurduğu qolların sayını 10-a çatdırıb.
“Feniks Rayzinq” hazırda B qrupunda 26 xalla liderdi.
