Dadaşov yenə 18-liyə salınmadı
18.02.2019 , 10:30

Portuqaliya çempionatının 2-ci liqasında 22-ci turun oyunları keçirilir.
U-21 millimizin üzvü Renat Dadaşovun çıxış etdiyi “Eştoril” səfərdə “Mafra” ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Dadaşovun adı bu dəfə də matçın protokoluna daxil edilməyib.
Qeyd edək ki, 22 oyuna 37 xal toplayan “Eştoril” 4-cü pillədə qərarlaşıb.
